Azərbaycan Turizm Bürosu: Ölkəyə gələn turistlərdən tibbi sığorta mütləq şəkildə tələb olunmamalıdır

Azərbaycan Turizm Bürosu: Ölkəyə gələn turistlərdən tibbi sığorta mütləq şəkildə tələb olunmamalıdır
# 27 iyun 2019 12:34 (UTC +04:00)

Turizm sahəsində tətbiq olunan tibbi sığorta turistlərdən mütləq şəkildə tələb olunmamalıdır. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

Onun sözlərinə görə, bu, bir tərəfdən məhdudlaşdırıcı faktor kimi qəbul oluna bilər.

"Düşünürük ki, bu, yerli şirkətlər tərəfindən tələb olunmalıdır ki, onlar gələn qonaqları sığortalasınlar. Lakin bunun ölkə ərazisinə daxil olunan zaman mütləq şəkildə tələb edilməsinin tərəfdarı deyilik", - deyə F. Zenqstşmid deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR