Azərbaycan turizm sahəsində vergi güzəştlərinə hazırlaşır

Azərbaycan turizm sahəsində vergi güzəştlərinə hazırlaşır
# 27 iyun 2019 15:31 (UTC +04:00)

Turizm sənayesinə dəstəyin verilməsi ilə bağlı Azərbaycan Vergilər Nazirliyinə bir sıra kateqoriyalaşdırılmış təkliflər təqdim olunub.

"APA-Economics"in xəbərinə görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bunlar müəyyən mənada vergilərdən azad olunmaqla bağlı, bəzi hallarda isə subsidiyaların cəlb olunması ilə bağlı məsələlərdir.

"Bura həm turizm şirkətləri, eyni zamanda hotellərə olan məsələlər daxildir. Hazırda bunların üzərində müzakirələr aparılır və hər bir sahə çalışır ki, özünə uyğun olaraq daha çox üstünlüklər və güzəştlər əldə edə bilsin. Dövlətin də müəyyən siyasəti var ki, bu siyasət çərçivəsində sözügedən işlər həll olunmalıdır”, - deyə K. Qasımov qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda həm Dövlət Turizm Agentliyinin ekspertləri, həm də Vergilər Nazirliyin bu məsələ ilə olduqca həssas işləyirlər.

"Burada müəyyən sahələrin ƏDV-dən azad olunması ilə bağlı məsələlər var. Bəzi məsələlər var ki, orada söhbət güzəştlərin tətbiqindən gedir. Gündəmdə həmçinin, vergilərin mövsümi tətbiqi məsələsi var. Biz Vergilər Nazirliyi ilə bu sahələr üzrə danışıqlara başlamışıq", - deyə K. Qasımov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR