Azərbaycan Ümumdünya Turizm Təşkilatının aparıcı komitəsinin üzvü seçilib

Azərbaycan Ümumdünya Turizm Təşkilatının aparıcı komitəsinin üzvü seçilib
# 29 may 2019 16:38 (UTC +04:00)

Bu gün Azərbaycan Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilib.

Dövlət Turizm Agentliyindən ONA-ya verilən məlumata görə, Azərbaycanın 2019-2021-ci illər üzrə qeyd olunan komitəyə üzv olması barədə yekdilliklə qərarın qəbul olunması mayın 27-də Xorvatiyanın Zaqreb şəhərində işinə başlayan Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 64-cü sessiyası çərçivəsində baş tutub.

40-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya gündəliyə uyğun olaraq işini mayın 30-dək davam etdirəcək.

Məlumat üçün bildirək ki, ÜDTT-nin əsas 6 komitəsindən biri olan Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinə üzvlük seçimi hər iki ildən bir keçirilir.

Qeyd edək ki, iyunun 16-18 tarixlərində Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR