Azərbaycanın tanıtım videoçarxı İspaniya festivalında uğur qazanıb

Azərbaycanın tanıtım videoçarxı İspaniya festivalında uğur qazanıb
  • Clock-gray 10:21
  • calendar-gray 08 May 2019

Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019” festivalında təltif edilib.

Dövlət Turizm Agentliyindən ONA-ya verilən məlumata görə, videoçarx “Turizm kommunikasiyası” kateqoriyasının ölkələr üzrə “Turizm destinasiyası” nominasiyası üzrə 2-ci yerlə mükafatlandırılıb.

Zeytun ağacından hazırlanmış, festivalın əsas simvolu hesab olunan, dayanıqlılıq, dəyərlər və insanla təbiət arasında əlaqəni özündə ehtiva edən mükafat Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin nümayəndəsinə təqdim olunub.

Qeyd edək ki, "Terres Festival" festivalı dayanıqlı inkişaf və təbiət turizmi üzrə filmlər və videoçarxlar arasında keçirilməklə İspaniyanın təbiətinin biomüxtəlifliyinə görə YUNESKO-nun qorunan irs siyahısına əlavə edilən Terres de I’Ebre regionundakı Tortosa şəhərində təşkil olunur.

Digər xəbərlər

Arxiv

date