Bakıda 4-cü Turizm forumu başlayıb

Bakıda 4-cü Turizm forumu başlayıb
# 18 sentyabr 2019 10:47 (UTC +04:00)

"Boulevard" hoteldə 4-cü Turizm forumuna start verilib.

APA-nın məlumatına görə, forumda "Abşeron otel qrup"un gəlirlər üzrə direktoru Bahar Qəniyeva, Amadeus ACO Rusiya və CIS-in direktoru Leonid Marmer, Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov, AZAL-ın Tarif siyasəti bölməsinin rəisi Sərdar Əliyev, "BUTA Art& Sweets"in təsisçisi Sara Rəcəbli və digər turizm mütəxəssisləri iştirak edirlər.

Tədbirdə çıxış edən "Abşeron otel qrup"un gəlirlər üzrə direktoru Bahar Qəniyeva turizmdə qiymət siyasətindən danışıb. Onun sözlərinə görə, turizm sahəsində ilk növbədə ağıla gələn qiymətləndirmədir.

B.Qəniyeva turizmdəki təhlükə mənbələrindən də danışıb: "Müştərilər üçün, daha çox auditoriyaya malik olmaq üçün qiymətin aşağı salınması deyil, dəyər yaratmaq əsasdır".

Amadeus ACO Rusiya və CIS-in direktoru Leonid Marmer səyahət sənayesində innovasiya və rəqəmsal dəyişikliklər haqqında danışıb. 2009-2019-cu illər ərzində rəqəmsal dünyada baş verən dəyişikliklər barədə çarx təqdim edilib. L.Marmer bildirib ki, səyahətçilərin 60%-i axtarış zamanı mobil vasitələrdən istifadə edirlər.

"Abşeron otellər qrupu"nun general meneceri Eldar Əlimuradov Azərbaycanda mehmanxana sahəsindəki mövcud vəziyyət barədə məlumat verib.
O bildirib ki, hazırda 596 mehmanxana var: "Onlardan 80-i 5 ulduzlu, 155-i 4 ulduzlu, 93-ü 3 ulduzlu, 92-si 2 ulduzlu, 259-u ulduz reytinqi olmayan mehmanxanadır. Bundan başqa, 13 beynəlxalq mehmanxana şəbəkəsi, 9 yerli mehmanxana şəbəkəsi, 39 yerli şəbəkə mehmanxanası, 544 qeyri-şəbəkə mehmanxanası mövcuddur".

Tədbir digər şəxslərin çıxışı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR