Bakıda "Turizm biznesi forumu-mövcud vəziyyət və perspektivləri" mövzusunda forum keçirilir

Bakıda "Turizm biznesi forumu-mövcud vəziyyət və perspektivləri" mövzusunda forum keçirilir
# 10 oktyabr 2019 10:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Turizm Agentliyi tərəfindən "Turizm biznesi forumu-mövcud vəziyyət və perspektivləri" mövzusunda forum keçirilib.

APA-nın məlumatına görə, tədbirdə müxtəlif assosiasiya və turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. KOBİA-nın sədri Orxan Məmmədov çıxış edərək bildirib ki, bugünkü mövzunun seçilməsi təşəbbüsü ilə bu il mayın 21-də dəyirmi masa keçirilib:

"Həmin dəyirmi masada belə tədbir keçirmək qərara alınmışdı. Əsas səbəb budur ki, bu forum turizmə aiddir. Turizm sahəsində aparılan islahatlar bir çox istiqamətləri əhatə edir. Hesab edirəm ki, turizm sahəsində KOBİA biznesləri yaxından iştirak etməlidir. İkinci məsələ turizm potensialı geniş qiymətləndirilir. Üçüncü məsələ isə daxili bazar araşdırmaları dəstək mexanizmidir".

Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin inkişafından danışıb. O bildirib ki, son illər turizm sahəsində böyük işlər görülüb:

"Turizm iqtisadiyyatın elə bir sahəsidir ki, burada dövlət və biznes əməkdaşlığına diqqət ayrılmalıdır. Hazırda müvafiq dövlət qurumları ilə birgə vergi yükünün azaldılması, insvestisiyalar ayrılması üçün müzakirələr aparılır. Turizmi inkişaf etdirmək, iqtisadiyyatın inkisafına töhfə vermək əsas məqsədimizdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR