Bu il Ukraynadan Azərbaycana 50 min turist gələcək

Bu il Ukraynadan Azərbaycana 50 min turist gələcək
# 10 sentyabr 2019 11:44 (UTC +04:00)

“Ukrayna və Azərbaycan arasında regional əməkdaşlıq turizmin inkişafına böyük töhfə verəcək”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu ilin sonunadək 50 minə yaxın ukraynalının Azərbaycana səfər edəcəyi gözlənilir.

“Ukraynalılar Bakını görmək istəyirlər. Azərbaycanda görməli, gəzməli çox yer var: gözəl dağlar, isti dəniz. Bu səbəbdən də iki ölkə arasında hava uçuşlarının artırılmasını gözləyirik”, - V. Kanevski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR