Cənubi və Orta Asiyadan Azərbaycana gələnlərin sayı artıb - RƏSMİ

Cənubi və Orta Asiyadan Azərbaycana gələnlərin sayı artıb - RƏSMİ
# 28 fevral 2019 17:05 (UTC +04:00)

2019-cu ilin yanvar ayında Azərbaycana 191,4 min xarici vətəndaş gəlib.

ONA-nın Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

“Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır - bu regionlardan müvafiq olaraq 60,9% və 35,4% artım baş verib. Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvar ayında bu ölkələrin hər birindən 2000-dən çox xarici vətəndaş gəlib”, - Agentliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR