Deputat: “Turizm sahəsində ən böyük problem qiymətlərin baha olmasıdır”

Deputat: “Turizm sahəsində ən böyük problem qiymətlərin baha olmasıdır”
# 18 sentyabr 2019 16:30 (UTC +04:00)

“Biz “Turizm haqqında” qanunun üzərində 2015-ci ildən işləyirik, hələ ərsəyə gətirə bilməmişik”’.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Araz Əlizadə bildirib.
A. Əlizadə deyib ki, turizm sahəsində ən böyük problem restoranlarda, yeməkxanalarda qiymətlərin baha olmasıdır: “Nə qədər turistlər yaxınlaşır ki, harada normal qiymətə yemək yemək olar. Düzdür, bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir. Elə çıxır ki, biz turizmi ancaq ərəblərə tuşlamışıq, ayrı yerdən turistlər lazım deyil. Xeyr, bizə ayrı ölkələrdən turistlər lazımdır. Azərbaycanı bütün dünya tanımalı, mədəniyyətimizi, incəsənətimizi gəlib görməlidirlər”’.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR