Dövlət Turizm Agentliyinin sədri: "Azərbaycana Çindən çoxsaylı turistlər gələcək"

Dövlət Turizm Agentliyinin sədri: "Azərbaycana Çindən çoxsaylı turistlər gələcək"
# 18 iyun 2019 13:45 (UTC +04:00)

"Belə bir tədbirin Bakıda keçirilməsi çox vacib idi".

APA-nın məlumatına görə, bunu bu gün 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev söyləyib.

Dövlət Turizm Agentliyinin sədri deyib ki, Bakıya 37 ölkədən turizm administrasiyalarının rəhbərləri gəlib: "Bu insanları Azərbaycanın mədəni irsi ilə tanış etmək vacib idi. Azərbaycana gələn qonaqlar çox məmnun qalıb. Bu gün axşam nümayəndə heyətlərini Yanardağ kompleksinə aparacağıq".

F.Nağıyev qeyd edib ki, Çinlə müqavilə bağlanıb və Azərbaycana Çindən gələnlər çoxdur: "Azərbaycana çoxsaylı Çin turistləri gələcək. Belə tədbirlər, platformalar ölkəyə turistləri cəlb etmək üçün kömək edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR