Dünyanın ən yaxşı restoranlarının reytinqi açıqlanıb - TOP-10

Dünyanın ən yaxşı restoranlarının reytinqi açıqlanıb - TOP-10
  • Clock-gray 12:54
  • calendar-gray 26 İyun 2019

“The Restaurant” jurnalı dünyanın ən yaxşı restoranlarının reytinqini (“World’s 50 Best Restaurants 2019”) tərtib edib.

APA-Economics”in sözügedən jurnala istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində Fransanın Menton şəhərində yerləşən “Mirazur” restoranı qərarlaşıb. Restoranın şəxsi bağçası və balıq yeməkləri ilə tanınır. 2006-cı ildə açılan bu iaşə obyekti arıq 3 ildən sonra sözügedən reytinqdə ilk dəfə yer alıb. 2019-cu ildə isə restoran “Michelin”in üçüncü ulduzuna layiq görülüb.

Qeyd edək ki, bu reytinq 2002-ci ildən etibarən hazırlanır və müxtəlif ölkələrdən olan 800-dən çox aşpaz, restorator və tənqidçilərin fikrinə əsaslanır.

Dünyanın TOP-10 ən yaxşı restoranı:

#

Restoran

Şəhər

1

Mirazur

Menton, Fransa

2

Noma

Kopenhagen, Danimarka

3

Asador Etxebarri

Açondo, İspaniya

4

Gaggan

Banqkok, Tailand

5

Geranium

Kopenhagen, Danimarka

6

Central

Lima, Peru

7

Mugaritz

San-Sebastyan, İspaniya

8

Arpège

Paris, Fransa

9

Disfrutar

Barselona, İspaniya

10

Maido

Lima, Peru

Nicat Mustafayev

Digər xəbərlər

Arxiv

date