Fuad Nağıyev: "Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyəti ictimai nəzarət olacaq"

Fuad Nağıyev: "Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyəti ictimai nəzarət olacaq"
# 27 iyun 2019 10:28 (UTC +04:00)

Yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyəti bu sahədə ictimai nəzarət olacaq. Bunu "APA-Economics"ə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, sahə üzrə aparılan bütün işlər Agentliyin çiyninə düşməməlidir: "Bu, heç də yaxşı praktika deyil. Ona görə biz çalışırıq ki, daha çox ictimai qurum və ictimai nəzarət olsun".

Agentliyinin sədri əlavə edib ki, Assosiasiya həmçinin dövlətlə biznes arasında körpü rolunu oynayacaq.

"Biz hazırda hotellərə ulduzların verilməsi ilə bağlı işlər aparırıq. Bu sahədə yenidən akkreditasiyanın aparılmasına ehtiyac var. Bu işlərin şəffaf aparılması üçün ictimai qurumun nəzarəti olmalıdır və bu ictimai qurumun rəyi bizim üçün əsasdır", - deyə F. Nağıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR