Bu ilin oktyabr ayında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 153 780 nəfər təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında bu barədə məlumat verilib.
Hesabata əsasən, 2018-ci ilin oktyabr ayında isə bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 137 092-yə bərabər olub.
Hesabat dövrü ərzində Gürcüstana xarici ölkə vətəndaşlarının ümumi giriş sayı 11% artaraq 735 078 nəfərə çatıb. Bu ölkədə 24 saatdan çox qalan ziyarətçilərin sayı isə 9,4% artaraq 339 811 nəfər təşkil edib. Tranzit məqsədi ilə Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının say da əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 12,8% artaraq 180 096 nəfər təşkil edib.