Məşhur "Meduza" portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb

Məşhur "Meduza" portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb
# 18 iyun 2019 14:17 (UTC +04:00)

Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Azərbaycanın Turizm Bürosu ilə birgə hazırlanan testdə portal oxucularına Azərbaycan mətbəxini nə qədər bildikləri ilə bağlı suallar yerləşdirib.

Suallar Azərbaycan mətbəxinin ləziz nümunələri olan "ovdux", "firni", "qutab", "piti", "dolma", "plov" yeməkləri, üzüm, nar meyvələri və çay dəstgahı ilə bağlı olub.

10 sualdan ibarət test tapşırığında hər bir suala verilən cavabdan sonra Azərbaycan mətbəxinin müvafiq nümunəsi haqqında ətraflı məlumat verilib.

Sualların hamısına düzgün cavab verən oxucuya "Ən dadlı dolmanı mənim nənəm bişirir", "Mən əslən Azərbaycandanam" bildirişi gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR