Rusiya səyahətçi sayına görə Azərbaycan turizm bazarında liderdir

Rusiya səyahətçi sayına görə Azərbaycan turizm bazarında liderdir
  • Clock-gray 17:27
  • calendar-gray 22 Fevral 2019

2018-ci il üzrə Rusiya ölkə turizminin səyahətçi sayına görə ən böyük payına malik olmaqla (31%) Azərbaycan turizm bazarına liderlik edir.

ONA-nın Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə fevralın 22-də Rusiyanın Moskva şəhərində keçirilən “Azərbaycan: istirahət və işgüzar turizm üzrə B2B formatlı seminar”da Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycana gələn rusiyalı qonaqların sayı 878 min nəfər olmaqla 2017-ci ilə nisbətdə 3% artıb.

İcraçı direktor bildirib ki, 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işləri intensivləşdiriləcək.

Eyni zamanda tədbirdə Rusiya bazarı üçün Azərbaycanın yeni turizm brendi təqdim olunub və mətbuat konfransı keçirilib. Ölkəmizin yalnız istirahət turizmi bölgəsi kimi deyil, işgüzar turizm məkanı kimi də diqqət cəlb etməsi faktı qeyd olunub.

20-dək yerli turizm şirkətinin iştirak etdiyi tədbirdə Rusiya turizm agentlikləri və şirkətləri ilə B2B formatlı görüşlər keçirilib, razılaşmalar əldə olunub.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Azərbaycan Turizm Bürosunun Moskva şəhərində rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir.

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date