Xarici ölkələrə gedən Azərbaycan turistlərinin sayı 25%-dən çox artıb

Xarici ölkələrə gedən Azərbaycan turistlərinin sayı 25%-dən çox artıb
# 21 iyun 2019 13:02 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 2 065,9 min nəfər olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə vətəndaşlarının 39,5%-i İrana, 27%-i Gürcüstana, 18,3%-i Rusiyaya, 9,8%-i Türkiyəyə, 5,4%-i isə digər ölkələrə gedib. Gedənlərin 66,4%-i kişilər, 33,6%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6%, Gürcüstana gedənlərin sayı 10,6%, Rusiyaya gedənlərin sayı 5,6%, Türkiyəyə gedənlərin sayı isə 0,1% artıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83,8%-i dəmir yolu və avtomobil, 15,4%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR