“Şahdağ” Turizm Mərkəzi qış mövsümündə 120 000-dən çox turist qəbul edib

“Şahdağ” Turizm Mərkəzi qış mövsümündə 120 000-dən çox turist qəbul edib
# 28 mart 2018 10:16 (UTC +04:00)

“Şahdağ” Turizm Mərkəzi qış mövsümünə yekun vurub.

Mərkəzdən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edir.

Sayca altıncı olan qış mövsümü ərzində turizm mərkəzini 120 000-dən çox turist ziyarət edib. Bu, turizm mərkəzinin fəaliyyət dövrü müddətində bu günə qədər olan rəqəmlər sırasında rekord saydır. Turistlərin 50%-ə qədərini xarici turistlər təşkil edib, onların arasında isə ən çox BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil edib.

Mövsüm ərzində “Şahdağ” adını regional və beynəlxalq brend kimi tanıtmaq üçün bir sıra tədbirlər görülüb, mərkəz Ukrayna, Türkiyə, Hindistan, Almaniya, Rusiyada keçirilən beynəlxalq seminar, konfrans və sərgilərdə təmsil olunub.

Aparılan təbliğat-tanıtma işlərinin nəticəsi olaraq, “Şahdağ” Turizm Mərkəzi hoteldə gecələmiş qonaqlar və daima səyahət edən turistlər tərəfindən 4 həftə ərzində səsvermə nəticəsində “Lyuks Dağ Kurortu” və “Lyuks Dağ Hoteli” nominasiyaları üzrə beynəlxalq “2017 World Luxury Hotel Awards” mükafatına layiq görülüb.

2017-2018-ci il qış mövsümündə qış əyləncələrinin sırasına paraplan xidməti əlavə olunub, uşaqlar üçün yeni əyləncələr yaradılıb. Bu mövsüm də hər il olduğu kimi ənənəvi qış əyləncələri ilə yanaşı xizəkçiliyə xüsusi maraq göstərilib, qonaqların 30%-ni xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR