Azərbaycan Çində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan Çində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur
# 16 aprel 2018 09:09 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanı Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil edir.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə qurumun turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun əməkdaşı Cavid Abdullayev iştirak edir.

Ölkəmiz Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana ilə təmsil olunur.

Sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün Çin və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Tədbirdə Azərbaycanla yanaşı, 70-a yaxın ölkə və 550-ə yaxın şirkət iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR