
- apa.az
- Turizm
Prezident İlham Əliyev: "Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır"
“Naftalan şəhərinin ümumi inkişafı sürətlə gedir. Mən prezident kimi Naftalan şəhərinə ilk dəfə on il bundan əvvəl gəlmişdim. O vaxt gördüyüm mənzərə, sözün düzü, məni çox narahat etdi, çox məyus etdi. Çünki şəhər çox ağır vəziyyətdə idi”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, o vaxt infrastruktur layihələri ilə bağlı böyük problemlər var idi, elektrik enerjisi fasilələrlə verilirdi, təbii qaz, içməli su yox idi, yaşayış binaları bərbad, yollar dağılmış vəziyyətdə idi, sovet vaxtında tikilmiş sanatoriyalarda ağır vəziyyətdə məcburi köçkünlər yerləşmişdi: “Vaxtilə Sovet İttifaqının turizm mərkəzlərindən biri olan Naftalan bu adı demək olar ki, itirmişdi. Nəinki başqa ölkələrdən, hətta Azərbaycanın heç bir yerindən buraya gələn yox idi. Ona görə mən dərhal kompleks tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdim. Naftalanın hərtərəfli inkişaf planı hazırlandı və mən bu planı təsdiqlədim. Bu gün biz aparılan bu işlərin real nəticələrini görürük. İlk növbədə, biz ağır vəziyyətdə, yarıdağılmış sanatoriyalarda məskunlaşmış köçkünləri gərək yeni evlərə köçürəydik, bunu etdik. Bütün məcburi köçkünlər onlar üçün xüsusi tikilmiş, böyük maliyyə vəsaiti hesabına ərsəyə gələn yeni evlərə köçürüldü və Naftalan şəhərində köçkünlər problemi artıq həll olunub. İnfrastruktur layihələri icra edilməyə başlandı. Elektrik enerjisi ilə təchizat təmin edildi. Bu gün bu məsələ ilə bağlı heç bir problem yoxdur. Təbii qaz indi Naftalanda yüz faiz təmin edilir. Əhalinin yüz faizi təbii qaza malikdir. Naftalanda içməli su layihəsi beş il bundan əvvəl mənim iştirakımla istismara verilib. Yollar salındı, digər infrastruktur layihələri icra edildi, məktəblər əsaslı şəkildə təmir olundu. Yəni, Naftalanda infrastruktur layihələri ilə bağlı olan bütün məsələlər kompleks şəkildə öz həlli tapdı. O cümlədən şəhərin abadlaşdırılması işlərinə vəsait ayrıldı, parklar salındı, icra hakimiyyətinin yeni binası, Heydər Əliyev Mərkəzi tikildi və Naftalanın əvvəlki şöhrəti özünə qaytarıldı”.
Prezident İlham Əliyev bildirib ki, bu, işin birinci mərhələsi idi: “Bu layihələr həyata keçirilmədən hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Bununla paralel olaraq, biz Naftalanı müasir turizm mərkəzinə çevirmək üçün konkret addımlar atmağa başlamışıq. Mənim iştirakımla 3 böyük sanatoriya - indi onlar mehmanxana sayılırlar - yenidən tikildi, əsaslı şəkildə təmir edildi və istifadəyə verildi. Birinci “Çinar” sanatoriyası, ondan sonra “Qaşaltı”, ondan sonra isə “Qarabağ”. Bu 3 sanatoriya-mehmanxanada mindən çox otaq var. Burada həm ən yüksək səviyyədə müalicə işləri aparılır, həm də ki, vətəndaşlar və qonaqlar istirahət edirlər. Yaxın gələcəkdə yeni mehmanxananın açılışı gözlənilir. Mənə indi bu barədə məlumat verildi. O qədər də böyük olmayan digər mərkəzlər, istirahət zonaları yaradılır. Beləliklə, Naftalan nəinki ölkəmizin, dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilir. Mənə verilən məlumata görə, keçən il Naftalana 62 ölkədən 35 min qonaq gəlib. Baxın, on il bundan əvvəl, ümumiyyətlə, gələn qonaqlardan söhbət belə getmirdi. Ancaq ötən il 35 min qonaq gəlib. Mən hesab edirəm ki, bu, hələ başlanğıcdır. Çünki məndə olan məlumata görə, sovet vaxtında Naftalana ildə 70 min qonaq gəlirdi. Hesab edirəm ki, bu gün Azərbaycanda turizmin çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, biz bu hədəfə çata bilərik. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 5 ayında isə 10 faiz artıb. Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır. O cümlədən, müalicəvi turizmin inkişafı üçün bizdə bütün imkanlar var, həm Naftalanda, həm digər şəhərlərdə. Belə şəraiti olan şəhərdə əlbəttə ki, qonaqların sayı artmalıdır”.
Dövlət başçısı nəzərə çatdırıb ki, son 10 il ərzində Naftalanda görülən işlər ümumi inkişaf dinamikamızı göstərir: “Bu, onu göstərir ki, güclü siyasi iradə olan yerdə, düşünülmüş siyasət aparılan ölkədə uğurlar da, nəticələr də, qələbələr də olacaq, insanlar daha yaxşı yaşayacaqlar. Naftalanda iş yerlərinin yaradılması son illər ərzində çox sürətlə gedib. Burada yaşayan vətəndaşların böyük əksəriyyəti xidmət sektorunda işləyir, yaxşı məvacib alır və ölkəmizin inkişafına öz dəyərli töhfəsini verir. Əminəm ki, bundan sonra Naftalanda işlər yaxşı gedəcək və şəhərin inkişafı uğurla davam etdiriləcək”.

Digər xəbərlər
XƏBƏR LENTİ
Bakıda icra hakimiyyətinin şöbə müdiri intihar edib, cinayət işi başlanıb - RƏSMİ
Azərbaycan Beynəlxalq Bankı "AmEx" kartları ilə bağlı yeni kampaniya keçirir
Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib
Zelenski bu gün Azərbaycana gəlir
Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına dair tədbirlər proqramı imzalanıb
FHN: Bu il baş verən yol qəzaları və yanğınlar nəticəsində 121 nəfərin meyiti çıxarılıb
Səhiyyə Nazirliyi: Qusarda zəhərlənən 8 nəfər evə buraxılıb - YENİLƏNİB
Azərbaycanda xarici ölkə vətəndaşlarına göstərilən rabitə xidmətlərinin dəyəri 21% azalıb
Türkiyədə Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olub
Ramil Quliyev: “Ölkəmə Olimpidanın qızıl medalını gətirmək üçün əlimdən gələni edəcəm”
Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb
Bakının cənub girişində təmir-bərpa işlərinə başlanılır
“Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığı aşkarlanıb
Lənkəranda həkimin evindən 80 min manat oğurlanıb
Azərbaycanın xarici ölkələrlə qarşılıqlı maliyyə xidmətlərinin dövriyyəsi 15% azalıb
Cocuq Mərcanlıya marşrut avtobusları hərəkət edəcək
Bakıda nənə və nəvəsi dəm qazından boğulub
"Saipem" "Abşeron" yatağında infrastrukturun qurulmasına hazırlaşır
Şəhriyar Məmmədyarov: “Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam”
Azərbaycan nefti həftə ərzində 3% bahalaşıb
AMB-nin valyuta məzənnələri
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
Neft yenidən ucuzlaşıb
DİM başqasının yerinə imtahan verənlərin 6 min manatadək cərimələnməsini və ya 2 ilədək həbs edilməsini təklif edir
Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
Bakıda mənzildə meyit aşkarlanıb
Türkiyə Prezidenti AVRO-2020-nin final mərhələsinin A qrupundakı oyunlarını Bakıda izləyəcək
ABŞ İrandakı Fordou nüvə obyektinə tətbiq olunan sanksiyaları bərpa edir
Bakıda özünü 4-cü mərtəbədən yerə atan 64 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB
İraq vətəndaşlarına Çazzabeh sərhəd keçid məntəqəsindən İrana giriş qadağan edilib
Hollandiyada həmkarlar ittifaqı həftəlik iş vaxtının 30 saata endirilməsini tələb edir
Rusiyada yol qəzasında 4 nəfər ölüb
Çin bəzi ABŞ mallarına tariflərin tətbiqi qərarından əl çəkib
Bakıda sürücü avtomobilinə ziyan vuran avtoxuliqandan şikayət edib - FOTO - VİDEO
ABŞ-dakı Çin səfirliyinin iki əməkdaşı deportasiya edilib
Liqa1: Hər üç görüşdə qonaqlar qalib gəlib
Benzema “Real”ı məğlubiyyətdən xilas edib
“İnter” xal itirib, “Yuventus” liderə çatıb
Rusiyada sərnişin avtobusu aşıb, 25 nəfər yaralanıb
Bakıda əri tərəfindən döyülən qadın özünü binadan atıb
Şirvanda avtomobil piyadanı vurub
Goranboyda avtomobillə vurulan məktəbli xəstəxanada ölüb
Ərdoğan ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanmasının aktual olduğunu bildirib
Daşkəsəndə 64 yaşlı qadının boyunu qırılıb
Rusiyada anbarda güclü yanğın baş verib
Mönhenqladbax “Borussiya”sı liderliyi qaytara bilməyib
Ərdoğan Liviya Milli Barışıq Hökumətinin başçısını qəbul edib
“Mançester Siti” səfərdə “Arsenal”ı məğlub edib
“Sivasspor” “Fənərbaxça”ya qalib gəlib, “Beşiktaş” evdə uduzub

VİDEO XƏBƏRLƏR


Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib" - VİDEO

Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib, yolda tıxac yaranıb - FOTO - VİDEO

"Ulduz" şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir - VİDEO

DİN ötən gün "Torqovı"da baş verən hadisə ilə bağlı məlumat yayıb - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"