Azərbaycanla Hindistan arasında birbaşa aviareyslərin təşkili üçün danışıqlar aparılır

Azərbaycanla Hindistan arasında birbaşa aviareyslərin təşkili üçün danışıqlar aparılır
# 12 mart 2018 14:09 (UTC +04:00)

"Azərbaycan və Hindistan arasında birbaşa uçuşların təşkili üçün danışıqlar aparılır".



APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana "Hindistanın ən yaxşıları” adlı hind məhsullarının sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.


Səfir bildirib ki, sabah məsələ ilə bağlı Hindistandan Bakıya nümayəndə heyəti gələcək: "AZAL-la danışıqlar aparılacaq. Birbaşa reyslərin olması həm turizmin inkişafına, həm də iş adamlarının səfərlərinə töhfə verəcək. Bu istiqamətdə görüləsi işlər çoxdur".


Səfir əlavə edib ki, Hindistanın “Ssn Pharma” əczaçı şirkəti "Gilan Holding"lə birgə müəssisə yaradılması üçün əlaqələr qurmağa başlayıb: "Digər əczaçı şirkətlərimiz də Pirallahı Sənaye kompleksi ilə əlaqələr qurmaqda maraqlıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR