CNN Azərbaycanın gəzib-görməli yerləri haqqında məqalə yayımlayıb

CNN Azərbaycanın gəzib-görməli yerləri haqqında məqalə yayımlayıb
# 23 aprel 2018 13:51 (UTC +04:00)

Dünyanın nüfuzlu xəbər kanalı CNN Azərbaycanın görməli yerləri haqqında məqalə yayımlayıb.

APA-nın məlumatına görə, Tom Marsden tərəfindən yazılan məqalədə Azərbaycan palçıq vulkanları, multikulturalizm və muğam musiqisinin mərkəzi kimi tanıdılıb. Turistlərə İçərişhərdə Qız qalası, Şirvanşahlar muzeyini gəzmək, milli mətbəxdən müxtəlif təamlar dadmaq məsləhət görülüb.

Məqalədə qeyd edilir ki, Bakıya 40 km məsafədə olan Qobustan qayalıqları da Azərbaycana səyahət edən tursitlər üçün mütləq görülməli yerlər arasındadır. Tom Marsden yazır ki, Bakıda çimərlik mədəniyyəti unikal bir fenomendir: “Siz Abşeron sahillərinə gedəndə çimərlik ətrafında piknik edən, samovardan çay içən, qarpız yeyən ailələri görə bilərsiniz. Bəzi çimərlikdə isə cavan oğlanlar tərəfindən gəzdirilən atlara minə bilərsiniz”.

İpək və əl sənətlərinin mərkəzi olan Şəkidə isə Xan sarayını gəzib, rəngbərəng şəbəkələrdən yansıyan ışıqlardan zövq almaq turistlərə tövsiyə olunur.


Yazının davamı isə Qubanın meşəliklərində, təbiətində yürüşlər, Göy Göl milli parkının toxunulmamış gözəlliyi, Naxçıvanda keçirilə biləcək həftəsonu, "Formula 1" yarışları, ölkəmizə məxsus çay mədəniyyəti və Azərbaycanın qonaqpərvərliyinə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR