Əbülfəs Qarayev: "Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər"

Əbülfəs Qarayev: "Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər"
# 04 aprel 2018 09:13 (UTC +04:00)

"Biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üstündə olsun. Amma dünya təcrübəsində mədəniyyət sektoru dövlətə gəlir gətirir".

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, mədəniyyət sektoru büdcəyə gəlir gətirməlidir: "Mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi turizm axınının güclənməsinə təkan verəcək".

Nazir qeyd edib ki, muzeylər insanlara açıq olmalı, qoruq işi təkmilləşdirilməlidir: "Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə edilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR