Nazir: “Xəzər dənizində kruizlərin təşkili üçün gəmilər hazırlanır”

Nazir: “Xəzər dənizində kruizlərin təşkili üçün gəmilər hazırlanır”
  • Clock-gray 09:18
  • calendar-gray 02 Fevral 2018

"Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır". 

 

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Nazir qeyd edib ki, artıq bununla bağlı bir neçə layihə müzakirə olunub: "Kruizlərin təşkili ilə bağlı yaya doğru vaxt təyin olunacaq. Düşünürəm ki, yay fəsli zamanı həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqları Xəzər dənizində maraqlı gəzintilər gözləyir".
 

Qeyd edək ki, prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparılması tapşırılıb.

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date