Nazir: "Bu il ölkəyə gələn turistlərin sayı 12,5 faiz artıb"

Nazir: "Bu il ölkəyə gələn turistlərin sayı 12,5 faiz artıb"
  • Clock-gray 08:47
  • calendar-gray 04 Aprel 2018

"Üç ay ərzində ölkəyə gələn turistlərin sayı ötən ilə nisbətən 12,5% artıb".


APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


Nazir qeyd edib ki, mart ayında da ölkəyə gələn turistlərin sayında artım müşahidə olunub: "Novruz bayramında Azərbaycana çoxlu sayda turist gəlib. Novruz bayramında Mədəniyyət və Turizm Nazirliyi, Milli Təbliğat Bürosu tərəfindən çoxsaylı tədbirlər keçirilib. Bizim müşahidələrə görə, Novruz tədbirlərində 1 milyon yarımdan çox insan iştirak edib. Bu, olduqca yaxşı rəqəmdir".

 

 

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date