Pakistan şirkəti Bakıya uçuşlar təşkil edəcək

Pakistan şirkəti Bakıya uçuşlar təşkil edəcək
# 01 fevral 2018 15:06 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandandan ibarət nümayəndə heyətini qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ə. Qarayev Azərbaycanın turizm potensialı, son illər turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilmiş normativ hüquqi sənədlər və gələcəkdə bu sahədə həyata keçiriləcək layihələr haqqında danışıb. Azərbaycanın beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə tətbiqi haqqında Azərbaycan prezidentinin imzaladığı fərman barədə məlumat verən nazir bu fərmanın turizmin inkişafı istiqamətində atılan növbəti mühüm addımlardan biri olduğunu bildirib.

Pakistanın səfiri Səid Xan Mohmand fəaliyyəti dövründə Azərbaycanın turizm imkanları ilə tanış olmaq fürsəti yarandığını və bu barədə Pakistanın iş adamları və iri biznes qurumlarının rəhbərlərini məlumatlandırdığını vurğulayıb. O, Pakistanın “Shaheen Airlines” şirkətinin bu ilin iyun ayından etibarən Bakıya uçuşlar təşkil etmək niyyətində olduğunu söyləyib. Diplomat Azərbaycanın Pakistan vətəndaşları üçün turizm nöqteyi-nəzərindən vacib istiqamət olduğunu vurğulayaraq, qısa müddət ərzində ölkəmizə çoxsaylı turistlərin gələcəyinə ümidvar olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR