Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2018 16:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Zurab Pololikaşvilini Dünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb.

Dövlət başçısı Azərbaycanın Dünya Turizm Təşkilatı ilə ənənəvi uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Zurab Pololikaşvilinin ölkəmizə səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan prezidenti ilə görüşündən qürur hissi keçirdiyini deyən Dünya Turizm Təşkilatının baş katibi Z. Pololikaşvili rəhbərlik etdiyi qurumun və özünün fəaliyyətinə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycanda son illər turizmin sürətlə inkişaf etdiyi, ölkəmizə gələn xarici qonaqların sayının durmadan artdığı məmnunluqla qeyd olunub, Bakıda və regionlarda turizmin inkişafı üçün yüksək səviyyədə infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

*** 16.28

Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR