Sədr: “Turizm informasiya mərkəzlərinin fəaliyyətində ciddi dəyişikliklər ediləcək”

Sədr: “Turizm informasiya mərkəzlərinin fəaliyyətində ciddi dəyişikliklər ediləcək”
# 03 iyul 2018 12:11 (UTC +04:00)

“Regional turizm informasiya mərkəzlərinin fəaliyyətində yaxın zamanda ciddi dəyişikliklər ediləcək”.

APA-nın xəbərinə görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün keçirilmiş müşavirədə deyib.

O bildirib ki, turizm informasiya mərkəzləri daha innovativ, kreativ, müasir üsullarla turistlərə xidmət edəcək, turizm informasiya mərkəzlərinin regionlarda rolu artırılacaq.

Sədrin sözlərinə görə, hər bir turist bütün bölgələrdə lazımi məlumatları əldə etmək iqtidarında olmalıdır, onların arzularının və şikayətlərinin yönəldə biləcəyi ünvan olmalıdır: “Eyni zamanda, Dövlət Turizm Agentliyinin qarşıya qoyduğu əsas məsələlərdən biri regionların turizm potensialının təbliğində və turizm istiqaməti kimi formalaşdırılmasında Turizm İnformasiya mərkəzlərinin rolunu artırmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR