Səfir: “Misirlə Azərbaycan arasında birbaşa aviareyslərin açılması prosesi ləngiyir”

Səfir: “Misirlə Azərbaycan arasında birbaşa aviareyslərin açılması prosesi ləngiyir”
# 27 iyul 2018 13:49 (UTC +04:00)

"Azərbaycan və Misir arasında iqtisadi əlaqələr fevralda Qahirədə baş tutan hökumətlərarası komissiyanın iclasında imzalanmış sənədlər əsasında inkişaf etdirilir".


APA-nın xəbərinə görə, bunu Misirin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, yaxın gələcəkdə iki ölkə arasında nazirlər səviyyəsində, eləcə də ali səviyyədə qarşılıqlı səfərlər gözlənilir və bu səfərlərin gerçəkləşdirilməsi üçün işlər görülür.

Diplomatın sözlərinə görə, iki ölkə arasında birbaşa aviareyslərin açılması ilə bağlı razılaşma olsa da, aviaşirkətlər bu sahədə itirdiklərinin çox olacağını düşündükləri üçün proses bir az ləngiyir: "Əvvəlcə iki ölkə arasındakı turizmi elə təşviq etmək lazımdır ki , bu reyslərin həyata keçirilməsi üçün zəmin yaransın. Turist axını çox olmalıdır. Ticarət dövriyyəsinin həcmi də birbaşa aviareyslərə görə azdır. Misirdə 2011-2013-cü illəri əhatə edən hadisələr siyasi gərginlikdən dolayı yaşanıb. Misirdə heç bir turistə zərər gəlməyib. Hər il Misiri 10 milyon turist ziyarət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR