Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun nümayəndə heyəti Komi Respublikasına gedib

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun nümayəndə heyəti Komi Respublikasına gedib
# 19 fevral 2007 15:55 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun nümayəndə heyəti Komi Respublikasına tanışlıq səfərinə gedib. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, bu gün nümayəndə heyətinin Komi Dövlət Şurasının, Daxili İşlər Nazirliyinin, Rusiya Federal Miqrasiya Xidmətinin Komi Respublikası üzrə İdarəsinin və Sıktıvkar şəhərinin rəhbərliyi ilə görüşləri olub. Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun əməkdaşı Günəş Rüstəmzadə və Rusiyadakı bir sıra Azərbaycan diaspor qurumlarının rəhbərləri daxildir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR