Tahir Tağızadə Azərbaycanın Çex Respublikasında səfiri təyin olunub

Tahir Tağızadə Azərbaycanın Çex Respublikasında səfiri təyin olunub
# 22 fevral 2007 16:03 (UTC +04:00)
Azərbaycan prezidenti İlham Əliyev ölkəmizin Çex Respublikası və Niderland Krallığına səfirlərinin təyin olunması haqqında sərəncamlar imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Digər bir sərəncamla Fuad İsgəndərov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Prezidentin növbəti sərəncamları ilə T. Tağızadəyə və F. İsgəndərova fözqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Qeyd edək ki, Tahir Tağızadənin Çex Respublikasına səfir göndəriləcəyi barədə APA agentliyi bir müddət əvvəl məlumat yaymışdı. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR