Yaponiya hökuməti Azərbaycanda 6 layihənin həyata keçirilməsi üçün 523.614 ABŞ dolları məbləğində qrant ayırıb

Yaponiya hökuməti Azərbaycanda 6 layihənin həyata keçirilməsi üçün 523.614 ABŞ dolları məbləğində qrant ayırıb
# 23 fevral 2007 13:01 (UTC +04:00)
Fevralın 27-də Yaponiyanın Azərbaycandakı səfirliyində Yaponiya hökumətinin maliyyələşdirdiyi “Öt kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində 6 layihənin imzalanma mərasimi keçiriləcək. Səfirlikdən APA-ya verilən məlumata görə, həmin layihələr Şəki şəhərinin Qışlaq bölgəsindəki 17 saylı məktəbin, İmişli rayonu Boşçallar kənd orta məktəbinin, Kürdəmir rayonu Sığırlı kənd məktəbinin, Quba rayonu Dağlı kənd məktəbinin təmiri, Bərdə rayonunun 5 kəndində irriqasiya sistemlərinin təkmilləşdirilməsini və Gəncə şəhərində yerləşən 1 saylı uşaq evinin avadanlıqla təmin olunmasını nəzərdə tutur. Yaponiya hökuməti bu layihələrin həyata keçirilməsi üçün 523.614 ABŞ dolları məbləğində qrant ayırıb. Qrant müqavilələrini Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tadahiro Abe, Azərbaycan tərəfindən 6 QHT rəhbəri imzalayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR