Sabah Polşanın xarici işlər naziri Anna Fotıqanın Cənubi Qafqaz regionuna səfəri başlayır

Sabah Polşanın xarici işlər naziri Anna Fotıqanın Cənubi Qafqaz regionuna səfəri başlayır
# 24 fevral 2007 08:09 (UTC +04:00)
APA-nın məlumatına görə, üç günlük səfər zamanı Anna Fotıqanın Ermənistan prezidenti Robert Köçəryanla görüşü nəzərdə tutulur. Polşa xarici siyasət idarəsi rəhbərinin səfər proqramına katalikos II Qaregin, baş nazir Andranik Markaryan, parlamentin spikeri Tiqran Torosyan və xarici işlər naziri Vardan Oskanyanla görüşlər daxildir. Qeyd edək ki, Anna Foqıtanın Ermənistana səfəri Cənubi Qafqaz turnesi çərçivəsində gerçəkləşəcək. XİN başçısının fevralın 27-də Gürcüstana, bir gün sonra isə Azərbaycana səfəri nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR