Denis Bribosia: “Azərbaycan mətbuatında müəyyən pozitiv irəliləyişlər olsa da, problemlər hələ mövcuddur”

Denis Bribosia: “Azərbaycan mətbuatında müəyyən pozitiv irəliləyişlər olsa da, problemlər hələ mövcuddur”
# 26 fevral 2007 09:33 (UTC +04:00)
“Azərbaycanın azad və demokratik ölkə olmasını istəyirik. Sözsüz ki, Azərbaycan bu məqsədə media azadlığı olmadan nail ola bilməz”. Bu açıqlamanı APA-ya Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Denis Bribosia verib. O, media ilə bağlı situasiyanı çətin məsələ kimi dəyərləndirib: “Azərbaycanda media azadlığı sahəsində müəyyən pozitiv irəliləyişlər müşahidə olunur. Bununla belə bu sahədə çoxlu sayda problemlər də mövcuddur. Avropa Şurası gələcəkdə də bu məsələni diqqət mərkəzində saxlamaq niyyətindədir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR