Litvanın Azərbaycandakı səfiri martın 15-də Bakıya gələcək

Litvanın Azərbaycandakı səfiri martın 15-də Bakıya gələcək
# 28 fevral 2007 13:57 (UTC +04:00)
Martın 15-də Litvanın Azərbaycandakı ilk səfiri Ketutas Kudzamanas Bakıya gələcək. Bu barədə APA-ya Litva Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, bu il yanvarın 1-dən səfirlik rəsmi şəkildə fəaliyyətə başlasa da, hələlik ofisi yoxdur. Səfir Azərbaycana gəldikdən və ofis tapıldıqdan sonra səfirliyin rəsmi açılış mərasimi keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR