Conatan Henik: “Elmar Məmmədyarovun ABŞ-a səfəri mart ayında baş tutacaq”

Conatan Henik: “Elmar Məmmədyarovun ABŞ-a səfəri mart ayında baş tutacaq”
# 02 mart 2007 11:05 (UTC +04:00)
“Hazırda Azərbaycanla ABŞ arasında energetika sahəsində əməkdaşlığa dair sənəd üzərində işləyirik. Əgər detalları vaxtında müəyyənləşdirə bilsək, sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri zamanı imzalana bilər”. Bu sözləri APA-ya açıqlamasında ABŞ səfirliyinin ictimaiyyətlə iş şöbəsinin rəhbəri Conatan Henik deyib. E. Məmmədyarovun səfərinin ABŞ-ın istəyi ilə gecikəcəyi haqda yayılan xəbərlərə münasibət bildirən C. Henik qeyd edib ki, dəqiq tarix hələ məlum olmasa da, səfər mart ayında baş tutacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR