İranın yeni səfiri Nasir Həmdi Zaridi sabah Bakıya gələcək

İranın yeni səfiri Nasir Həmdi Zaridi sabah Bakıya gələcək
# 02 mart 2007 16:12 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycana təyin etdiyi yeni səfir Nasir Həmdi Zaridi sabah Bakıya gələcək. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Nasir Həmdi Zaridi bundan əvvəl İranın Naxçıvan Muxtar Respublikasında baş konsul vəzifəsində çalışıb. İran hökuməti artıq Naxçıvana yeni konsul təyin edib. Bu vəzifəyə Seyid Məhəmməd Təbatəbai təyinat alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR