Səfir Muthu Kumar: “Hindistan Bakı-Tiflis-Qars dəmir yolundan xeyir götürməyi düşünür”

Səfir Muthu Kumar: “Hindistan Bakı-Tiflis-Qars dəmir yolundan xeyir götürməyi düşünür”
# 06 mart 2007 14:41 (UTC +04:00)
- Cənab səfir, Azərbaycana təyinatınızdan razısınızmı, Azərbaycanı necə tanıyırsınız?
- Bilirəm ki, Azərbaycan ən qədim neft ixrac edən ölkələrdən biridir, Azərbaycan nefti hətta Roma dövründə də məşhur olub. Azərbaycan və Hindistan arasında böyük əməkdaşlıq imkanları görürəm.
- İşlədiyiniz dövrdə hansı layihələri həyata keçirməyi düşünürsünüz?
- Azərbaycan Hindistan üçün ilk olaraq enerji sektoru baxımından maraqlıdır. Biz Azərbaycanın iqtisadı inkişafını görürük və həmin inkişafda iştirak etmək istəyirik. Dünyada gedən qloballaşma prosesində biz Azərbaycana çox şey təklif edə bilərik. Əgər rəqabət varsa, biz də Azərbaycanda öz yerimizi tutacağıq, biz də müqayisəli bir iş görə biləcəyik. Bütün dünya bilir ki, Hindistan informasiya texnologiyaları sahəsində çox irəli gedib, bu sektorda Hindistan super gücdür. Biz Azərbaycanla informasiya texnologiyası sahəsində əməkdaşlıq edə bilərik. Azərbaycan coğrafi məkan, yaxın əməkdaşlıq imkanları baxımından bizim çox mühümdür. Ən vacibi isə odur ki, biz Azərbaycanla dost ölkələrik. Bu əlaqələri inkişaf etdirmək üçün çox işləyəcəyik.
- Bir ay əvvəl Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı-Tiflis-Qars dəmir yolu tikintisinə dair layihə imzalanıb. Hindistan istehsal etdiyi malları həmin dəmir yolu ilə Avropaya ixrac etməyi düşünürmü?
- Vaxtı gələndə biz də həmin dəmir yolundan xeyr götürməyi düşünürük. Bu layihə olduqca mühümdür, əsas əhəmiyyəti ondan ibarətdir ki, 3 respublikanı bir-birinə bağlayacaq. Biz bu layihəni çox vacib inkişaf, vacib hadisə kimi qiymətləndiririk. Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi də mühüm amildir, bu bizə bir çox imkan yaradır. Məsələn, Hindistanın Banderabas şəhərindən bu ölkəyə gəlmək olar, buradan isə bütün regiona səfər etmək olar, həmin dəmir yolu bu ölkələri biri-biri ilə bağlayacaq, işləri asanlaşdıracaq. Bu o deməkdir ki, Azərbaycan artıq qapalı deyil, bütün dünyaya bağlantısı, əlaqəsi var. Məsələn, Gürcüstanı götürək. O, indi Azərbaycana daha yaxın olur. Gürcüstan bizim üçün də dost ölkədir. Həm Türkiyə, həm də Gürcüstan Azərbaycana daha yaxın olur və biz bu əməkdaşlığın inkişafından çox məmnunuq. Biz bilirik ki, bu iş çox müvəffəqiyyətli olacaq.
- Hindistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
- Biz ikitərəfli münaqişələri şərh etmirik. Bizim də qonşularımızla problemlərimiz var. Mən Azərbaycana gəlmişəmsə, bu o demək deyil ki, problemlərimizi özümlə buraya gətirməliyəm. Dağlıq Qarabağ məsələsi barədə Azərbaycan mətbuatında oxumuşam, bir çox müsbət inkişaf var, Azərbaycan prezidenti bir çox nikbinliyə yol açıb. Əgər prezident bu məsələnin sülh yolu ilə həllinə inanırsa, mən də inanıram və buna çox sevinərəm. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR