Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Kolpino şəhərinin meri ilə görüşüb

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Kolpino şəhərinin meri ilə görüşüb
# 06 mart 2007 15:00 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Leninqrad vilayətinin Kolpino şəhərinin meri ilə görüşüb. Bu barədə APA-ya konsulun özü məlumat verib. Kolpinoda xeyli azərbaycanlının yaşadığını bildirən Q. Osmanov onların vəziyyəti, həyat şəraiti, əmək fəaliyyəti ilə bağlı məsələləri şəhər rəhbərliyi ilə müzakirə etdiyini deyib. Görüşdə qarşılıqlı əməkdaşlığın qurulması da müzakirə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR