Azərbaycanın Təbrizdəki baş konsulluğu Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirib

Azərbaycanın Təbrizdəki baş konsulluğu Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirib
# 09 mart 2007 13:22 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki baş konsulluğu 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirib. Konsulluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə əsasən konsulluq dairəsində İran vətəndaşları ilə ailə qurmuş azərbaycanlı qadınlar iştirak edib. Tədbirdə İran vətəndaşları ilə ailə qurmuş qadınların qarşılaşdıqları problemlər müzakirə edilib, onların hüquqi statusları və sənədləşmə problemlərinə diqqət yetirilib. Baş konsul Ayxan Süleymanov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, onlara ermənilərin torpaqlarımıza, mədəniyyətimizə, kulinariyamıza və musiqimizə etdiyi təcavüzlə bağlı məlumat verib. Tədbir iştirakçılarına konsulluq adından hədiyyələr təqdim olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR