Diplomatik Akademiya “Diplomatik təlim proqramı” kurslarını yekunlaşdırıb
09 mart 2007 14:43 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) ABŞ-ın Corctaun Universiteti ilə birgə Xarici İşlər Nazirliyinin 30 əməkdaşı üçün “Diplomatik təlim proqramı” kurslarını yekunlaşdırıb. APA-nın məlumatına görə, bu gün bununla bağlı keçirilən seminarda Corctaun Universitetinin professorları Uilyam Hil, Ceyms Sivers və Riçard Şmiyarer gənc diplomatların bilik səviyyəsini yoxlayıblar. ADA-nın rektoru Hafiz Paşayev jurnalistlərə verdiyi açıqlamada bildirib ki, təlimin keçirildiyi beş gün ərzində iştirakçılara səfirliyin və konsulluq idarələrinin fəaliyyəti, rəsmi qonaqların qəbulu, hesabat və təhlillərin hazırlanması, mətbuat və ictimai əlaqələr, mədəniyyət və təhsil məsələləri, çoxtərəfli diplomatiya və ikitərəfli əlaqələrin qurulması ilə bağlı məlumatlar verilib. H. Paşayevin sözlərinə görə, belə kurslar ayda bir dəfə keçiriləcək və tədricən treninqlərə digər hökumət qurumlarının əməkdaşları da cəlb ediləcək. O, yaxın aylarda Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin əməkdaşları üçün diplomatik kursların təşkil ediləcəyini də qeyd edib. /APA/
Xarici siyasət
CHP lideri AŞPA-da Azərbaycana dəstək verib - VİDEO
22:14
17 aprel 2024
Deputat: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması tarixi hadisədir
19:43
17 aprel 2024
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb
18:37
17 aprel 2024
Dumanın komitə sədrinin müavini: Qarabağda artıq sülhməramlılara ehtiyac yoxdur
17:22
17 aprel 2024