ABŞ səfiri Ann Dersi: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair səyləri aktiv dəstəkləyəcəyik”

ABŞ səfiri Ann Dersi: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair səyləri aktiv dəstəkləyəcəyik”
# 12 mart 2007 10:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Xəzər Universitetinin tələbələri ilə görüşdə ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi söyləyib. ABŞ-ın ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyini xatırladan xanım Ann Dersi münaqişənin dinc yolla nizamlanması prosesinə dəstəyi davam etdirəcəyini bildirib: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair səyləri aktiv şəkildə dəstəkləyəcəyik. Bir müddət əvvəl mən Xocalı faciəsinin qurbanlarından biri ilə söhbət etdim. Onun keçirdiyi ağrılı hissləri duydum. Münaqişənin sülh yolu ilə nizamlanması ən optimal variantdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR