Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Novruz bayramı münasibəti ilə tədbirlər keçirəcək

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Novruz bayramı münasibəti ilə tədbirlər keçirəcək
# 12 mart 2007 11:11 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Novruz bayramı münasibəti ilə tədbirlər keçirəcək. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı məlumat verib. S. Salahlının sözlərinə görə, baş konsulun xanımı başda olmaqla konsulluqda işləyən bütün əməkdaşların xanımları və diplomatik korpusun xanım işçiləri Novruz xonçası düzəldəcəklər. Bu xonçalar İstanbulda təhsil alan azərbaycanlı tələbələrə paylanacaq. Bundan başqa, Sultan Əhməd camisinin qarşısında Novruz bayramı münasibəti ilə tədbir keçiriləcək. Tədbirə Türkiyənin rəsmi qurumlarının, siyasi partiyaların və digər təşkilatların nümayəndələri dəvət olunacaq: “Tədbirdə Azərbaycandan hansısa rəqs qrupunun da iştirakı gözlənilir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR