Ann Dersi: “Müstəqil mətbuat ilk növbədə iqtisadi baxımdan müstəqil olmalıdır”

Ann Dersi: “Müstəqil mətbuat ilk növbədə iqtisadi baxımdan müstəqil olmalıdır”
# 12 mart 2007 11:18 (UTC +04:00)
“ABŞ Dövlət Departamentinin insan haqlarına dair son hesabatı Azərbaycanda bu sahədə neqativ və pozitiv inkişaf meyllərin olduğunu göstərdi”. APA-nın məlumatına görə, bu fikirləri Xəzər Universitetinin tələbələri ilə görüşdə ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi verib. O, Azərbaycanda çoxlu sayda kütləvi informasiya vasitələrinin fəaliyyət göstərdiyini və bu sahədə problemlərin olduğunu deyib: “Bu problemlərin əksəriyyəti iqtisadi asılılıqla əlaqədardır. Müstəqil mətbuat ilk növbədə iqtisadi baxımdan müstəqil olmalıdır. Bunun üçün isə reklam bazarını inkişaf etdirmək lazımdır”. Ötən il Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq və söz azadlığı hüquqlarının pozulduğunu deyən səfir tolerantlıq, onsan alverinə qarşı mübarizə və məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində irəliləyişlər əldə olunduğunu vurğulayıb. Səfir Azərbaycanda keçirilən son bələdiyyə seçkilərini müşahidə etməyə imkan tapdığını bildirib: “Müşahidələrimə əsasən deyə bilərəm ki, 2005-ci ilin parlament seçkiləri ilə nisbətdə müəyyən irəliləyişlər qeydə alınıb. Bununla belə seçki sisteminin təkmilləşdirilməsi üçün görüləsi işlər çoxdur. ABŞ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün yardım göstərməyə hazırdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR