Arxangelsk və Severodvinsk şəhərlərində Novruz şənlikləri keçiriləcək

Arxangelsk və Severodvinsk şəhərlərində Novruz şənlikləri keçiriləcək
# 12 mart 2007 11:28 (UTC +04:00)
Martın 27-28-də Rusiya Federasiyasının Arxangelsk vilayətinin Arxangelsk və Severodvinsk şəhərlərində “Azərbaycan günləri” çərçivəsində Novruz bayramı şənlikləri keçiriləcək. Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, şənlikləri Baş Konsulluq Arxangelsk vilayətinin administrasiyası ilə birlikdə təşkil edəcək. Tədbirlər çərçivəsində Arxangelsk və Severodvinsk şəhərlərinin konsert zallarında Azərbaycanın musiqi irsinin (“Muğam” triosu, milli rəqslər, vokal, Azərbaycan klassik və müasir musiqiləri), Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin və “Müasir Azərbaycan” adlı fotosərginin nümayiş etdirilməsi nəzərdə tutulub. Bundan başqa, Arxangelsk şəhərinin milli kitabxanasında “Azərbaycan kitabları” bölməsinin açılışı olacaq və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğu ilə Arxangelsk Milli Kitabxanası arasında əməkdaşlıq sazişi imzalanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR