Ann Dersi: “ABŞ-la tərəfdaşlığın verdiyi üstünlükdən ağılla istifadə etmək Azərbaycanın müstəqilliyinin qarantı ola bilər”

Ann Dersi: “ABŞ-la tərəfdaşlığın verdiyi üstünlükdən ağılla istifadə etmək Azərbaycanın müstəqilliyinin qarantı ola bilər”
# 12 mart 2007 11:47 (UTC +04:00)
O, ABŞ-ın Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri və neft yataqlarının istismarı üzrə Azərbaycanın tərəfdaşı olduğunu bildirib: “Bu tərəfdaşlığın iki səbəbi var. Birincisi, enerji bazarı sərbəst və açıq rəqabətə əsaslanmalıdır. Energetika həyatın bütün sahələrində qan funksiyasını yerinə yetirir. İkincisi, ABŞ və Azərbaycanın, o cümlədən müxtəlif şirkətlərin birgə əməkdaşlığı ölkənizə elə bir üstünlük verib ki, bir çox ölkələr bu üstünlüyə malik deyillər. Bu imkandan ağılla istifadə etmək Azərbaycanın müstəqilliyinin qarantı ola bilər. ABŞ qaz ehtiyatlarının istismarı və nəqli prosesində də Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir”. Sumqayıtda azad iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycan hökumətinin təşəbbüsünə toxunan Ann Dersi bu təşəbbüsü dəstəklədiyini deyib: “Azad iqtisadi zonalar şəffaf ərazilər olmalıdır. Yaxşı olardı ki, ölkənin bütün iqtisadiyyatı belə olsun. Bu, xarici sərmayəni ölkəyə cəlb etmək üçün yaxşı mesaj ola bilər”. Səfir Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq cəhdlərini dəstəklədiklərini vurğulayıb . /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR