Türkiyənin Azərbaycandakı səfirliyi Novruz bayramı və 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə tədbirlər keçirəcək

Türkiyənin Azərbaycandakı səfirliyi Novruz bayramı və 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə tədbirlər keçirəcək
# 13 mart 2007 10:31 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi Novruz bayramı və 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə tədbirlər keçirəcək. Səfirlikdən APA-ya daxil olan məlumata görə, Novruz bayramı münasibəti ilə martın 15-də Rəssamlar Birliyinin Sərgi Salonunda Türkiyənin Azərbaycandakı səfirliyi, Rəssamlar Birliyi və “Bilfa” şirkətinin təşkilatçılığı ilə müxtəlif yaş qrupuna daxil olan uşaqların “Novruz” mövzusunda rəsm sərgisinin açılışı keçiriləcək. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı isə martın 18-də Bakıdakı Türk Şəhidliyində anım mərasimi olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR