Zurab Qumberidze: “Sadaxlı kəndində baş verən hadisə ilə bağlı istintaq aparılır”

Zurab Qumberidze: “Sadaxlı kəndində baş verən hadisə ilə bağlı istintaq aparılır”
# 13 mart 2007 15:20 (UTC +04:00)
“Gürcüstanın Sadaxlı kəndində baş verən hadisə ilə bağlı istintaq aparılır. Ancaq bu məsələ ilə səfirlik yox, hüquq-mühafizə orqanları məşğul olur”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanda fəaliyyət müddətinin başa çatması ilə əlaqədar jurnalistlərlə vida görüşü keçirən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumbaridze deyib. O, əmin olduğunu bildirib ki, hüquq-mühafizə orqanları baş verənləri araşdıraraq müvafiq tədbirlər görəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Sadaxlı kəndində meşə təsərrüfatı gözətçiləri ilə kənd sakini Rizvan Beydiyev arasında yaranmış mübahisə nəticəsində soydaşımız güllələnib. Hadisənin araşdırılması məqsədilə dindirilmək üçün Sadaxlı kəndinin 8 sakini istintaqa dəvət edilib və oradaca həbs olunub. Sonradan onlardan ikisi buraxılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR