Azərbaycanın Kanadadakı səfiri Fəxrəddin Qurbanov ölkə parlamentinin üzvləri ilə görüşüb

Azərbaycanın Kanadadakı səfiri Fəxrəddin Qurbanov ölkə parlamentinin üzvləri ilə görüşüb
# 04 aprel 2007 10:27 (UTC +04:00)
Azərbaycanın Kanadada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Kanada Senatının xarici işlər və beynəlxalq ticarət daimi komissiyasının üzvü Devid Smitlə görüşüb. APA-nın məlumatına görə, Fəxrəddin Qurbanov həmçinin Kanada parlamentinin bir sıra üzvləri ilə görüş keçirib. Səfir kanadalı parlamentarları Dağlıq Qarabağ münaqişəsinin tarixi, münaqişənin nizamlanma prosesi ətrafında mövcud durum barədə məlumatlandırıb. Fəxrəddin Qurbanov Azərbaycan-Kanada əlaqələrinin daha da inkişafı üçün bu ölkənin Bakıda səfirliyinin açılmasını vacib saydığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR