Səfir Eldar Səlimov: “Birləşmiş Ərəb Əmirliklərinin biznes dairələri Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətindədir”

Səfir Eldar Səlimov: “Birləşmiş Ərəb Əmirliklərinin biznes dairələri Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətindədir”
# 04 aprel 2007 10:53 (UTC +04:00)
“Birləşmiş Ərəb Əmirliklərinin biznes dairələri Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətindədir”. Bu açıqlamanı APA-ya Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov verib. Səfirin sözlərinə görə, iki ölkənin iş adamlarının görüşündə BƏƏ-nin bir sıra investisiya şirkətləri ölkəmizin iqtisadiyyatına sərmayə yatırmaq niyyətində olduqlarını bildiriblər. Görüşdə BƏƏ iş adamlarının tikinti, kənd təsərrüfatı, neft-kimya, nəqliyyat və turizm sektoruna sərmayə yatırması perspektivləri müzakirə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR