Alman iş adamları Azərbaycana gələcək

Alman iş adamları Azərbaycana gələcək
# 04 aprel 2007 16:36 (UTC +04:00)
Almaniyadan iqtisadi nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-nın Qərb bürosuna Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Stankina məlumat verib. Səfirin sözlərinə görə, nümayəndə heyətinin səfəri təxminən may ayının ortalarına nəzərdə tutulur. Səfər çərçivəsində alman iş adamları Azərbaycan biznesmenləri ilə görüşəcək, onların Gəncəyə də gəlişi planlaşdırılır. Səfir, həmçinin, qeyd edib ki, Almaniya üçün Azərbaycanın əhəmiyyəti getdikcə artmaqdadır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR